Baş nazir iclas keçirdi, tapşırıqlar verdi - FOTO

Baş nazir iclas keçirdi, tapşırıqlar verdi - FOTO

Hazırda oxunan: Baş nazir iclas keçirdi, tapşırıqlar verdi - FOTO

252210

Mayın 30-da İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən (NK) Bizim.Media-ya verilən məlumata görə, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib.

Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO