Azərbaycan "OPEC plus"ın gündəlik hasilatla bağlı qərarını DƏSTƏKLƏDİ

Azərbaycan "OPEC plus"ın gündəlik hasilatla bağlı qərarını DƏSTƏKLƏDİ

Hazırda oxunan: Azərbaycan "OPEC plus"ın gündəlik hasilatla bağlı qərarını DƏSTƏKLƏDİ

251844

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.
 

İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb.


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO