Dolların qəfil bahalaşması ilə bağlı risk... - Mühüm açıqlama

Dolların qəfil bahalaşması ilə bağlı risk... - Mühüm açıqlama

Hazırda oxunan: Dolların qəfil bahalaşması ilə bağlı risk... - Mühüm açıqlama

251757

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.

Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

Bizim.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli Globlinfo.az-a açıqlamasında funt-sterlinq və avronun manata nisbətən bahalaşmasının ABŞ dollarının stabilliyini qoruması ilə bağlı olduğunu bildirib.
 

“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir.


Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”, - o deyib.

İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO