Daha 11 nəqliyyat vasitəsi və 2 texnika ÖZƏLLƏŞDİRİLDİ

Daha 11 nəqliyyat vasitəsi və 2 texnika ÖZƏLLƏŞDİRİLDİ

Hazırda oxunan: Daha 11 nəqliyyat vasitəsi və 2 texnika ÖZƏLLƏŞDİRİLDİ

251688

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib.

Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 14 000 manat olan “BMW 740 Li” markalı avtomobil 19 100 manata, 14 400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21 100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq mümkündür.
 

Növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyunda keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılacaq.


Hərraca çıxarılan əmlakların siyahısı ilə //shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclara iştirak etmək istəyənlərwww.emlak.gov.azwww.auksion.gov.az internet saytlarından seçim edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO