ABŞ prezidenti Donald Tramp Amerikanın “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
O, “Apple” şirkətini müvafiq tələbə əməl etməsələr, tariflərin tətbiq oluna biləcəyi ilə hədələyib:
"Mən “Apple” CEO-su Tim Kuka çoxdan xəbərdarlıq etmişəm. ABŞ-da satılan “iPhone”lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsal edilməli və yığılmalıdır. Əgər belə deyilsə, “Apple” ABŞ-a ən azı 25% tarif ödəməli olacaq".
Qeyd edək ki, hazırda qlobal “iPhone” istehsalının təxminən 18%-i Hindistanın payına düşür. Bu telefonların istehsalında Çinin payı isə 75%-dən çoxdur.
Bizim.Media