Caspian Marine Services tullantı yağlarının idarə olunması üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT MMC ilə əməkdaşlığa BAŞLAYIR

Caspian Marine Services tullantı yağlarının idarə olunması üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT MMC ilə əməkdaşlığa BAŞLAYIR

Hazırda oxunan: Caspian Marine Services tullantı yağlarının idarə olunması üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT MMC ilə əməkdaşlığa BAŞLAYIR

250650

2025-ci il martın 5-də Caspian Marine Services şirkəti ilə tullantı sürtkü yağlarının təkrar emalı sahəsində Azərbaycanda ixtisaslaşmış AzGreenOil brendi ilə tanınan EKOKAT MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu razılaşma tərəflər arasında ilkin razılaşmanın əldə olunmasından sonra rəsmiləşdirilib və ekoloji dayanıqlılığın artırılmasına yönəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Metropoliteni AzGreenOil brendi ilə ekoloji əməkdaşlığa BAŞLADI


Yeni əməkdaşlıq çərçivəsində Caspian Marine Services-in fəaliyyətindən yaranan işlənmiş yağlar toplanaraq AzGreenOil-ə məxsus, Balaxanı Sənaye Parkında yerləşən müasir texnologiyalarla təchiz edilmiş emal zavoduna təhvil veriləcək. Burada yağlar sənaye tələblərinə uyğun şəkildə emal olunaraq, təkrar istifadəyə yararlı, ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli sürtkü məhsullarına çevriləcək.

Bu təşəbbüs dəniz nəqliyyatı sektorunda ekoloji dayanıqlılığın gücləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Xatırladaq ki, AzGreenOil brendi EKOKAT MMC tərəfindən yaradılıb və Azərbaycanda tullantı yağlarının təkrar emalı sahəsində ixtisaslaşmış, dövlət qeydiyyatından keçmiş yeganə rəsmi qurumdur. Şirkətin Balaxanıdakı emal zavodu 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. AzGreenOil, ölkədə ekoloji tarazlığın qorunmasına və dairəvi iqtisadiyyatın təşviqinə əhəmiyyətli töhfə verir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO