Tramp kriptovalyutada 300 milyon dollardan çox qazanc ƏLDƏ ETDİ

Tramp kriptovalyutada 300 milyon dollardan çox qazanc ƏLDƏ ETDİ

Hazırda oxunan: Tramp kriptovalyutada 300 milyon dollardan çox qazanc ƏLDƏ ETDİ

250439

ABŞ prezidenti Donald Tramp və müttəfiqləri yanvar ayında TRUMP kriptovalyutasının istifadəyə verilməsindən sonra 300 milyon dollardan çox gəlir əldə ediblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Newsmax” telekanalı məlumat yayıb.

“Yanvar ayında TRUMP tokeninin istifadəyə verilməsindən bəri ticarət fəaliyyəti prezident Donald Tramp və onun müttəfiqlərinə 324,5 milyon dollar qazandırıb”, - telekanal açıqlayıb bildirib.

Bu məbləğin 900 min dollarının son iki gündə daxil olduğu bildirilir.

Kriptovalyutanın ən yaxşı 200 sahibinin Vaşinqtonda Trampın özü ilə şam yeməyinə dəvət ediləcəyi elanından sonra sikkənin bazar dəyəri 50% artaraq 2,7 milyard dollara çatıb.

Qeyd edək ki, mayın 22-də Vaşinqtondakı Tramp Qolf Klubunda prezidentlə fərdi şam yeməyi keçiriləcək.

Siyahıda reytinqə sahib 25 nəfəri dövlət başçısı ilə VİP görüş və ertəsi gün Ağ Evə ekskursiya gözləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO