Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Mərkəzi Bankdan Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Görüşdə, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, assosiasiyalarla birgə layihələrin həyata keçirilməsi, eləcə də assosiasiyaların tərkibində üzv təşkilatlardan ibarət işçi qrupların fəaliyyətinə dair səmərəliliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
04:51 / 21.05.2025
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi müzakirə olundu - FOTO
Hazırda oxunan: Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi müzakirə olundu - FOTO
Hazırda oxunan: Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi müzakirə olundu - FOTO
250424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.