Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR? 

Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR? 

Hazırda oxunan: Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR? 

25014

Koronavirus pandemiyasının zərbə vurduğu sahələri sadalasaq, birinci pillədə turizm sektorunun gəldyini demək olar. Karantinlər, qapanma və məhdudiyyətlər otel, restoran, istirahət məkanları ilə yanaşı turizm agentliklərini ciddi çətinliklərlə üz-üzə qoydu. 

Bu il Azərbaycanın xüsusilə daxili turizmində canlanma hiss olunmaqdadır. Doğrudur, paytaxtda keçirilən idman oyunları ölkəmizə çoxsaylı xarici qonağın səfərini şərtləndirdi, amma ümumilikdə ekspertlər 2021-ci ilin daxili turizm ili olacağını bildirir.

Bəs, turizm şirkətləri öz fəaliyyətlərini bərpa edə biliblərmi? Hazırda hansı şərtlər altında çalışırlar, tələb hansı səviyyədədir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda turizm şirkətinin fırıldağının üstü açıldı - Klinikaların adından.... 


“Turlar” Turizm Agentliyinin meneceri Ramiz Səlimov Bizim.Media-ya açıqlamasında bildirib ki, turizm agentlikləri öz fəaliyyətlərini qismən bərpa etsələr də, hələ bu sahədə problemlər çoxdur. 

Turmenecer bildirib ki, vergidən yayınan şirkətlərin qanunsuz fəaliyyəti turizm agentliklərinə ciddi əngəl törədir: 

“Əslində bunları şirkət də adlandırmaq olmaz. “İnstragram”-da səhifə açıb, tur satırlar. Bu doğru deyil. Dövlət səviyyəsində isə bununla bağlı konkret olaraq nəzarət deyilən bir şey yoxdur.

Dövlət Turizm Agentliyi ümumiyyətlə buna nəzarət edə bilmir. Bu amil də qiymətlərin normal olaraq tənzimlənməsinə maneə törədir. Yəni turizm bazarı əsl “bazara” çevrilib. Biz normal şirkət kimi fəaliyyət göstərərək, bazara uyğun qiymət təklif edirik.

Bu qiymət də insanların çiblərinə uyğun olur. Amma vergidən yayınan, “İnstagram” şirkətləri daha aşağı qiymətlər təklif edirlər. Onlar buna “bu gün mənə 40 manat qalsın, bəsimdir”, prinsipi ilə yanaşırlar. Amma bazar bu cür formalaşmamalıdır axı. Həmin şirkətlər qanuni fəaliyyət göstərənləri də işləməyə qoymurlar.

Məsələn, 2019-cu ildə normal şirkətlər İsmayıllı-Lahıc turunu 22 manata təklif edirdilər. İndi baxmayaraq ki, benzin və dizelin qiyməti qalxıb, icarə maşın götürüb, turu 15-18 manata satırlar. Kim iki gün tur təşkil edirsə, özünü turizm şirkəti hesab etməyə başlayır. 

Ramiz Səlimov deyir ki, qanuni fəaliyyət göstərən turagentliklərdən fərqli olaraq “ara” şirkətlər işlərini lazimi səviyyədə qura bilmirlər: 
 

“Əgər biz işi 70 faiz işi bilən şəxsin rəhbərliyi altında turlar təşkil ediriksə, onlar axşam işdən çıxır və gedib bələdçi kimi fırlanıb gəlirlər. 2020-cu ildə bizim sonuncu turumuz martın 13-də olub. Ondan sonra karantin rejimi başlanıb. 2019-cu ilin bu aylarında normal turlar hazırlayırdıq, həftə ərzində 4-5 məktəbli turlarımız var idi və normal qiymətlər təklif  edirdik. İndi isə bunlar yox dərəcəsindədir”.


Türizm şirkətinin meneceri qeyd edib ki, əgər agentliyin indiki gəlirləri 2019-cu illə müqayisə olunarsa, gəlirlərin 70 faiz aşağı olduğunu qeyd etmək olar: 

“Təkcə biz yox, bazar qiymətlərini qoruyub saxlayan bütün şirkətlərin qazancı 2019-cu illə müqayisədə 30 faizə düşüb”.

Ramiz Səlimov dövlət tərəfindən sərt karantin dövründə turizm agentliklərinə müəyyən yardımların edildiyini xatırladıb: 

“Vergidən yayınmayan şirkətlərə lazımı qaydada dövlət tərəfindən yardım edilib, ödənilən vergilərin müəyyən hissəsi şirkətlərə geri qaytarılıb. Otellər də bu mərhələdə müəyyən səviyyələrdə turizm şirkətlərinə güzəştə gedib”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO