Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək unksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnmişdir.
Bizim.Media xəbər verir ki, bu məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında təqdim edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Məlumata əsasən, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı daha 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilmişdir.
Qeyd edək ki, məruzəni daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.
Günay Şahmar, Bizim.Media