2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 521 min 450 ABŞ dolları dəyərində 4 min 915 baş diri qoyun idxal edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 505 min 510 dollar və ya 32,7 dəfə, miqdar baxımından isə 4 min 745 ədəd və ya 28,9 dəfə çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında 15 min 940 dollar dəyərində 170 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 2 ayına görə 106 dollar (180 manat) olub ki, bu illik müqayisədə 12 dollar (21 manat) və ya 13% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 94 dollar (159 manat) təşkil edib.
Bəs, qoyun idxalında bu qədər artımın mənfi və müsbət tərəfləri nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli əvvəlcə bu tendensiyanın müsbət tərəflərindən söz açıb:
"Qoyun idxalında sürətli artımın müsbət tərəfi odur ki, əhalinin qoyun ətinə olan tələbatı daha səmərəli şəkildə ödəniləcək. Nəzərə alaq ki, ölkəmizdə təzə ətə tələbat yüksəkdir. Ölkə daxilində də bu tələbi ödəyəcək təklif yoxdur.
Bununla yanaşı, idxaldakı artım tendensiyasının mənfi tərəfləri də var. Belə ki, ölkə idxaldan asılı vəziyyətə düşür. İdxaldan asılılıq yerli istehsalçıları bir qədər də tənbəlləşdirir. Əgər əvvəllər qoyun ətinə olan tələbatın əsas hissəsi yerli istehsal hesabına ödənilirdisə, artıq bu məsələdə idxalın payı yüksəlir. Bu da yerli istehsalın stimullaşdırılmasına əngəl yaradır”.
Müsahibimiz onu da qeyd edib ki, hazırda ölkəmizdə ət istehsalı kifayət qədər baha başa gəlir:
“Çünki örüş sahələri kəskin şəkildə azlıb. Bu da heyvandarlığın inkişafına mənfi təsir göstərir. Təsadüfi deyil ki, son illərdə ət istehsalı ilbəil azalır.
Doğrudur, hazırda əhalinin ətə tələbatı ödənilir. Amma bu məsələdə idxalın daha çox pay sahibi olması müəyyən risklər yaradır. Dünyada gedən kataklizmlər, geosiyasi proseslər o qədər sürətlənib ki, dünyanın şəkil dəyişməsi an məsələsidir. Belə şəkildəyişmələr zamanı böhranlar olur, əlaqələr kəsilir. Nəticədə idxal prosesi əngəllənir və ölkə daxilində ərzaq qıtlığı yaranır. Ona görə də yerli istehsal hər zaman üçün prioritetdir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 17.05.2025
Qoyun əti BAHALAŞDI – QİYMƏTLƏR
Hazırda oxunan: Qoyun əti BAHALAŞDI – QİYMƏTLƏR
Hazırda oxunan: Qoyun əti BAHALAŞDI – QİYMƏTLƏR
249472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.