“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya YATIRILIB

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya YATIRILIB

Hazırda oxunan: “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya YATIRILIB

249346

Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən Bizim.Media-ya bildirilib ki, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu günədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
 

Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.


Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO