Kreditlə avtomobil almaq istəyənlərə BƏD XƏBƏR

Kreditlə avtomobil almaq istəyənlərə BƏD XƏBƏR

Hazırda oxunan: Kreditlə avtomobil almaq istəyənlərə BƏD XƏBƏR

246850

Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.
 

Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.


I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb.

Digər istehlak kreditləri üzrə orta faiz isə 2024-cü ilin dekabrındakı göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO