Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub

Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub

Hazırda oxunan: Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub

246187

2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

"Biz qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10-12 gündür. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq", - deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşir və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir: "Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO