Tramp administrasiyası Pekinlə gərginliyi azaltmaq üçün Çin mallarına tarifləri azaltmağı düşünür.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Ağ Evdəki yüksək səviyyəli mənbənin sözlərinə görə, Çin mallarına tariflər 50-65%-ə endirilə bilər.
Nəşrin mənbələri müzakirələrin davam etdiyini, eyni anda bir neçə fərqli variantın müzakirə edildiyini və Trampın hələlik yekun qərar vermədiyini vurğulayır.
Digər variant isə çoxpilləli tarif şkalasının tətbiqidir: ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edilməyən malların idxalına 35%, strateji əhəmiyyətli mallara isə 100%-dən az olmamaq şərti ilə rüsumlar tətbiq edilə bilər.
Bizim.Media