Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

245691

Trampın rüsum siyasəti fonunda ucuzlaşmağa başlayan neft yenidən bahalaşır. London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 65,16 ABŞ dolları təşkil edib.

Neftin bahalaşması isə öz növbəsində manat üzərində təzyiqi də aradan qaldırır.

Dollar isə ucuzlaşmaqda davam edir. ABŞ aktivlərindən xaricə axının sürətlənməsi ilə dollar son üç ilin minimum səviyyəsinə düşüb. Belə ki, ABŞ prezidentinin faiz dərəcələrinin aşağı salınması çağırışlarını gücləndirdiyi bir vaxtda Donald Trampın dünən Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelə qarşı növbəti sərt hücumu fonunda treyderlər təşvişə düşüblər. Bu, dolların valyuta səbəti qarşısında 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.

Belə vəziyyətdə görəsən manat bahalaşa bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov düşünür ki, dollar ucuzlaşırsa, manat da ucuzlaşacaq:

“Bu gün qlobal enerji bazarında qiymət volantilliyi yüksəkdir. Bazarlar müxtəlif məlumatlar, strategiyalara, yanaşmalaramüxtəlif mövqelər sərgiləyir. Bunun nəticəsində də əhəmiyyətli səviyyədə dəyişir. Hələlikdə bu bazarda uzunmüddətli proqnozlaşdırma aparmaq mümkün deyil. Başladılan ticarət savaşının nəticəsi olaraq, ciddi qlobal iqtisadi təhdidlər var. Onun nəticəsində böyük ehtimalla neft qiymətləri ucuzlaşacaq.

Bu istiqamətdə müxtəlif ssenarilər-resessiya, staqnasiya var. Lakin ortaq mövqe odur ki, mövcud rüsum müharibələri qlobal tələbi azaldacaq. Bu isə enerji bazarında tələbin aşağı düşməsinə gətirəcək. Eyni zamanda, qiymət artımları riski də yüksəkdir. Bu da tələbi azaldan istiqamətdə təzyiq formlaşdıracaq.

ABŞ təzyiqləri neytrallaşdırmaq məqsədilə ucuz neft strategiyasında maraqlıdır.

Rusiya, İran, İraq kimi ölkələrin isə maliyyə vəziyyəti stabil olmadığından azalan neft gəlirlərini axın hasilatla kompensasiya cəhdləri ortaya çıxa bilər. Bu da bazarda təklifin artmasını şərtləndirəcək. Əslində, neftin qiymətilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil.

Manatın məzənnəsi məsələsinə gəldikdə, indiki şərtlər daxilində milli valyuta orta və uzunmüddətli çağırışlarla üz-üzədir. Dollar ucuzlaşırsa,  manat da ucuzlaşır, bahalaşdıqda isə milli valyutamızda da anoloji vəziyyət baş verir. Yəni burada paralellik özünü qoruyub saxlayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO