SON DƏQİQƏ: Qızılın qiyməti 3 500 dollar həddini keçdi

SON DƏQİQƏ: Qızılın qiyməti 3 500 dollar həddini keçdi

Hazırda oxunan: SON DƏQİQƏ: Qızılın qiyməti 3 500 dollar həddini keçdi

245400

“Comex”də (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan qızıl fyuçersinin qiyməti troya unsiyası üçün 3 500 dollar səviyyəsini keçərək tarixi maksimumu yeniləyib.

Bizim.Media xəbər verir ki, bu, hərrac meydançasının məlumatlarında əks olunub.

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, qızılın qiyməti 4,59 % artaraq unsiya üçün 3 500,1 dollara çatıb.

Saat 07:51-ə qızıl artımını sürətləndirərək unsiya üçün 3 504,2 dollar səviyyəsində hərrac olunurdu.

Eyni zamanda, London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neft fyuçersinin qiyməti 0,12 % artaraq barrel üçün 66,56 dollar təşkil edib.

Cari ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neft fyuçersinin qiyməti isə 2,62 % azalaraq barrel üçün 62,77 dollar səviyyəsində qərarlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO