İstehlakçı həmişə HAQLIDIR?

İstehlakçı həmişə HAQLIDIR?

Hazırda oxunan: İstehlakçı həmişə HAQLIDIR?

245280

“1998-ci ildən Beynəlxalq istehlakçı təşkilatının üzvü kimi qətiyyətlə deyirəm ki, bütün dünyada istehlakçılar elə zənn edirlər ki, onların hüquqlarını qoruyan qüvvələr var. Guya ki, İSO standartları, beynəlxalq qurumlar, ÜST-in məramı insanları keyfiyyətli qidalarla təmin etməkdir. Amma bu cür düşünənlər sadəlövh insanlardır. Axı, istehlakçının uzun və sağlam yaşamasını kim istəyir ki?”

Bunu Bizim.Media-ya Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O təəssüflə bildirib ki, sadəlövh istehlakçı  başa düşməlidir ki, kapitalizm cəmiyyətində əsas məqsəd daha çox pul qazanmaqdır:

“Bunun hansı yolla qazanıldığı önəmli deyil. Hətta dövlətlərin də əsas məqsədi büdcədə çox pula nail olmaqdır. Təbii ki, biznes qurumlarının da əsas qazanc yeri istehlakçılardır. Onlar müxtəlif yollarla istehlakçıdan daha çox pul qopartmağa çalışırlar.

Demokratik ölkələrdə belə bir çağırış var ki, istehlakçı hər zaman haqlıdır. Bəs gəlin baxaq görə ki, biznes qurumları bu çağrışlarında nə qədər səmimidir?! Xeyr, səmimi deyillər. Ona görə görə də istehlakçı gərək sadəlöhf olmasın. Bu gün bütün qidalar yüksək keyfiyyətdə olsa onda biznes strukturları ziyanla işləyər. Ən əsası dünyanın ən gəlirli sahəsi olan farmakologiya məhv olar, həkimlər işsiz qalar”.

Müsahibimiz əlavə edib ki, bazar qloballaşdıqca, dünya bazarlarına inteqrasiya olunduqca təhlükəli, arzuolunmaz mallar ən uzaq dövlətlərdən birbaşa ölkəmizə gətirilir:
 

“Məsələn, təhlükəli “Human” uşaq yeməkləri Avropada, Amerikada hazırlanır. İnkişaf etmiş ölkələrdən olan Yaponyada malların üzərində ancaq son yararlılıq tarixi var. İstehsal tarixi isə qeyd edilmir. İnsafən Azərbaycanda malların üstündə həm istehsal, həm də son istifadə tarixləri var. Bu mənada inkişaf etmiş dünya ölkələrində istehlakçılar təzə məhsul almaq şansından kənardadırlar.


Əksər ölkələrdə istehlakçılar aldıqları məhsulan nə zaman istehsal olunduğunu və nə qədər təzə olduğunu öyrənə bilmirlər. Ona görə də istehlakçı hüquqlarının 100 faiz qorunduğu bir ölkə yoxdur. Dövlət qurumlarının və beynəlxalq institutların bu sahədəki hesabatları isə ancaq ümumi fon yaratmaq, istehlakçıların başının altına yastıq qoymaq məqsədi daşıyır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO