Bank kartlarından daha 18 min manata yaxın pul oğurlandı

Bank kartlarından daha 18 min manata yaxın pul oğurlandı

Hazırda oxunan: Bank kartlarından daha 18 min manata yaxın pul oğurlandı

245234

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17 min 804 manat və 60 dollar oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 

Bildirilib ki, aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 350, 3 min, 2 min, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.


"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO