Bir ildə Azərbaycanda neçə nəfər “Rolls-Royce” alıb? – RƏQƏMLƏR

Bir ildə Azərbaycanda neçə nəfər “Rolls-Royce” alıb? – RƏQƏMLƏR

Hazırda oxunan: Bir ildə Azərbaycanda neçə nəfər “Rolls-Royce” alıb? – RƏQƏMLƏR

244076

“2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox, 220 242 ədəd “Mercedes” markalı maşın var”. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, “Moskviç” və s.) isə 296261 ədəddir:

“2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Changan” 1 ilə 4086 ədəd (84%), BYD isə 1 ilə 3072 ədəd (303%) artıb. 
 

2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.


“Rolls-Royce”dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Jaguar”, 15 ədəd “Bentley” və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq “Rolls-Royce Ghost” avtomobilini və ya 500 minə qədər qiyməti olan “Bentley”ni kim alır?!”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO