ABŞ-a qarşı Çin-Avropa TANDEMİ – Yeni dünya nizamı nə VƏD EDİR?

ABŞ-a qarşı Çin-Avropa TANDEMİ – Yeni dünya nizamı nə VƏD EDİR?

Hazırda oxunan: ABŞ-a qarşı Çin-Avropa TANDEMİ – Yeni dünya nizamı nə VƏD EDİR?

243590

ABŞ Prezidenti Donald Trampın Ukrayna və gömrük rüsumlarla bağlı qərarları ənənəvi müttəfiqi olan Avropa istər-istəməz ondan uzaqlaşdırır. Belədə artıq Avropa çıxış yolunu Vaşinqtona ümid etməkdə görmür. Bu əsasda da indi Avropa İttifaqı Çinlə yaxınlaşmaq kursu götürmək istəyir.

Digər tərəfdən, başqa dövlətlər də yeni dünya nizamının formalaşmasına çalışırlar. Bu da İkinci Dünya Müharibəsindən sonra yaranan dünya nizamının artıq köhnəldiyi anlamına gəlir. Yeni dünya nizamında isə konfiqurasiyada əsaslı dəyişikliklər baş verə bilər.

Görəsən, yeni dünya düzənində kim kimin yanında yer alacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış durum hazırda tarixin arxivinə getmək ərəfəsindədir:

“Hazırda dünyada gedən geosiyasi çəkişmələr heç də əvvəlcədən təhlil olunmayan istiqamətlərdə inkişaf edir. Yeni dünya nizamı formalaşdıqda həm rollar, həm də istifadə olunan geosiyasi gedişlər, lazım olan texnologiyalar da dəyişir. İkinci Dünya Müharibəsindən sonra yaranmış durum hazırda tarix səhnəsindən getmək ərəfəsindədir. Deməli, yenisi yaranmaq üzrədir.

Güc sahiblərinin sıraları sıxlaşır, sayı artır. Afrika, Asiya və Latın Amerikasında bəzi xalqlar, toplumlar koalisiyalar yaradır. ABŞ-la Avropa arasında çəkişmənin, Çinin Rusiya və İranla yaxınlaşmasının, Ukrayna prosesində yeni dəstələrin formalaşmasının uzunmüddətli olacağını düşünmürəm. Konyuktura anlamı hər şeyi müəyyən edir. Taktiki və strateji baxışlara əsaslanan gediş, düşüncələr var”.

Həmsöhbətimizin fikrincə, indi formalaşan konfiqurasiya heç də daimi olmayacaq:

“Kollektiv Qərbin olmayacağı fikirləri də özünü doğrultmayacaq. Trampdan sonra gələn liderin, hətta onun öz komandasından olsa da belə, mütləq şəkildə hazırkı ABŞ Prezidentinin yolu ilə gedəcəyini söyləmək olmaz. Siyasət aləmi imkanlar sistemindən məharətlə istifadə etməyi tələb edir. Tez manevr edənlər, yaxnlıqda nə olacağını öncədən görənlər daha çox üstünlük əldə edirlər. Hazırda formalaşan konfiqurasiya ətrafında yeni modifikasiyalar formalaşacaq”.

Ekspertə görə, Amerikanın Rusiya ilə yaxınlaşması onların strateji tərəfdaş olacağı demək deyil:

“Bu sadəcə taktiki yaxınlıq olacaq. Çünki Qərb dünyası heç zaman Rusiya ilə barışmır. Çin taktiki baxımdan daha çox Rusiya, İran, Şimali Koreya, Afrika ölkələrilə bir qayıqda olacaq. Avropa isə heç vaxt Amerika ilə əsaslı şəkildə münasibət qurmayacaq. Tramp Avropanın yükünü daşımaqdan imtina edib”.

Politoloq bu qənaətdədir ki, Amerika həm cənubda, həm də şimalda öz geosiyasi mövqelərini gücləndirməyə çalışacaq:

“ABŞ-ın 5-ci Prezidenti Monro vaxtilə deyib ki, Avropa işlərinə müdaxilə etməyəcəklər. Tramp da bu fonda dediyim kimi, cənub və şimal istiqmətində mövqelərini gücləndirməyə meyl edir. Dünya belədə hələlik ikiyə bölünür, Amerika və qeyri-Amerika tərəfi. Düşünürəm ki, bu da müvvəqqətidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO