Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Banklardan gözlənilməz ADDIM

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Banklardan gözlənilməz ADDIM

Hazırda oxunan: Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Banklardan gözlənilməz ADDIM

243232

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar- fevral ayında ölkə bankları 179.4 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.

Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.

Bu azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bankların gəlirlərinin azalmasının əsas səbəbi konservativ kredit siyasətinə keçilməsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Krediti olanların NƏZƏRİNƏ – Borclar belə bağlana bilər


“Banklar riskli ola biləcək sahələrə kredit verilməsini azaldıblar. Bu da müəyyən gözləntilərlə bağlıdır. Manatın məzənnə dəyişikliklərinin yüksəlmə ehtimalı olduğuna görə banklar etibarlı kredit siyasətinə keçmək, riskləri azaltmaq istəyirlər. Təbii ki, kreditləşmə azaldıqca bankların da gəlirləri aşağı düşür. Bu tendensiyanı izləmək lazımdır. Əgər bu qalıcı bir tendensiya olsa, o zaman bankların da dayanıqlılığında müəyyən problemlər yaşana bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO