PROQNOZ: Neftin qiyməti yaxın iki ildə 70 dollardan yuxarı olacaq

PROQNOZ: Neftin qiyməti yaxın iki ildə 70 dollardan yuxarı olacaq

Hazırda oxunan: PROQNOZ: Neftin qiyməti yaxın iki ildə 70 dollardan yuxarı olacaq

243213

Asiya İnkişaf Bankı (AİB) "Brent" markalı xam neftin 2025-ci ildə ortalama qiymətini bir barel üzrə 74 ABŞ dolları, 2026-cı ildə isə 71 dollar proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə bankın hesabatında bildirilib.

Bununla belə AİB hesab edir ki, neft qiymətləri azalmaqda davam edəcək: "Neft qiymətlərinin qlobal tələbin zəifləməsi və geniş təklif səbəbindən azalacağı gözlənilir. Ticarət mübahisələrinin artması, qlobal tələbi zəiflədə biləcək, eləcə də ABŞ-ıb xam neft ehtiyatlarının artması neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradıb".

AİB qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsinin getdikcə genişlənməsi və bərpa olunan enerji mənbələrinə keçidin davam etməsi neft tələbinin azalacağına işarə edir.

"Qlobal neft təklifinin 2025-ci ildə gündə 1.8 milyon barel və 2026-cı ildə gündə 1.5 milyon barel artması proqnozlaşdırılır. Bu artım OPEC+, ABŞ, Kanada, Braziliya və Qayana tərəfindən istehsalın artırılması ilə bağlıdır", - deyə AİB-in məlumatınd deyilir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO