KİV: Dollar investorlar üçün təhlükəsiz sığınacaq kimi görünmür

KİV: Dollar investorlar üçün təhlükəsiz sığınacaq kimi görünmür

Hazırda oxunan: KİV: Dollar investorlar üçün təhlükəsiz sığınacaq kimi görünmür

243094

Qlobal böhranlar zamanı uzun müddət təhlükəsiz sığınacaq hesab edilən ABŞ dolları analitiklər və investorlar tərəfindən getdikcə daha çox sual altındadır.

Bizim.Media xəbər verir ki, Bloomberg-in köşə yazarı Şuli Ren yeni məqaləsində belə bir sual qaldırıb.

O qeyd edib ki, ABŞ dolları həqiqətən təhlükəsiz bir sığınacaqdır, yoxsa getdikcə vəhşi dalğalanmalara məruz qalan inkişaf etməkdə olan bazar valyutasına bənzəyir?

Müzakirələrə Donald Trampın radikal iqtisadi addımları səbəb olub.
 

"Sərbəst ticarətin hələ də mövcud olduğu dünyanı təsəvvür edin - yalnız ABŞ-sız. Müasir avtomatlaşdırılmış sistemlər malların birbaşa milli valyutalarda mübadiləsinə imkan verir. Niyə kimsə dolları əlində saxlasın?" - köşə yazarı yazır.


Qeyd edilib ki, dollar keçən həftə Ağ Evin əsas ticarət tərəfdaşlarına yeni tariflər elan etməsindən sonra ucuzlaşıb. İnvestorlar bu yaxınlarda ucuzlaşan birjalar fonunda dolları təhlükəsiz sığınacaq kimi almağa başlasalar da, xəbərdarlıq əlamətləri hələ də qalmaqdadır.

Dolların valyuta ehtiyatlarında qlobal payı azalmaqda davam edir: BVF-nin məlumatına görə, o, iyirmi il əvvəl 70%-i ötdüyü halda, 58%-ə düşüb. Eyni zamanda, alternativ valyutalardan - yuan, Avstraliya dolları və digərlərindən istifadə artır.

Son illərdə dollar likvidliyinin böyük hissəsi mərkəzi banklardan çox özəl investorlardan gəlir. Bu, dolları kəskin kapital axınına qarşı həssas edir: ABŞ-ın iqtisadi perspektivi pisləşərsə, investorlar “cüzdanları ilə səs verə bilərlər”.
 

2024-cü ilin sonunda xarici investorlar ABŞ-da 18 trilyon dollarlıq səhmlərə sahib olublar ki, bu da ölkənin ÜDM-nin 60%-nə bərabərdir.


Xərclərin hətta 5%-lik potensial azalması Tramp administrasiyasının aradan qaldırmağa çalışdığı cari hesab kəsirini təxminən iki dəfə artıra bilər.

“Əgər Tramp həqiqətən də ABŞ-ı dünyaya qapalı iqtisadiyyata çevirmək istəsə, bu, qlobal valyuta kimi dollara olan inamı sarsıdacaq”, - Ren vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO