ABŞ Prezidenti Trampın dünyanın əksər ölkələrinə rüsum tariflərini tətbiq etməsindən sonra dünya iqtisadiyyatında ciddi çalxalanmalar baş verməkdədir.
Bu fonda Brent markalı neftin qiyməti 66,68 dollara düşüb. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti də 1,5 ABŞ dolları, yaxud 2,15 % azalaraq 68,14 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Deməli, neftin qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan həddən aşağıdır.
Belə bir vəziyyətdə, yəni neftin qiymətinin azalması fonunda Azərbaycanın dövlət büdcəsində neftin qiyməti aşağı salına bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Azər Badamov bildirir ki, hələlik sözügedən məsələ o qədər də aktual deyil:
“ABŞ prezidenti Donald Trampın rüsum siyasəti qlobal bazarlarda indekslərin aşağı düşməsinə, o cümlədən neftin qiymətinin də ucuzlaşmasına təsir göstərib. Bu gün “Azəri Light” neftinin bir barelinin qiyməti 68,14 dollardır. Dövlət büdcəmizdə isə neftin qiyməyti 70 dollardan nəzərdə tutulub və həmin qiymətə əsasən də büdcə xərcləri hesablanıb. Hələ ki, neftin qiymətində baş vermiş 2,15 faizlik enmə dövlət büdcəsndə neftlə bağlı düzəlişlərin edilməsini o qədər də aktuallaşdırmır”.
Deputat qeyd edir ki, amma qiymət kəskin düşəcəksə, dövlət büdcəsinə yenidən baxılması məsələsi də gündəmə gələcək:
“Bununla yanaşı neft istehsalçı ölkələrin bir araya gələcəyini və qiymətin kəskin aşağı düşməməsi üçün müəyyən addımların atılacağını düşünürəm. Çünki neft istehsalçılarının istehsala limitlər tətbiqində razılığa gəlməklə qlobal bazarlarda qiymətlərin nizamlanması halları olub. Bu baxımdan neftin qiymətində kəskin enmələrin olacağı haqqında proqnoz vermək çətindir. Hər şeyi zaman göstərəcək”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:40 / 08.04.2025
Dövlət büdcəsində neftin qiymətinə yenidən BAXILACAQ? – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Dövlət büdcəsində neftin qiymətinə yenidən BAXILACAQ? – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Dövlət büdcəsində neftin qiymətinə yenidən BAXILACAQ? – Deputatdan AÇIQLAMA
243038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.