"Valideynlər uşaq sayına görə pensiyaya çıxsın" - Deputatdan TƏKLİF

"Valideynlər uşaq sayına görə pensiyaya çıxsın" - Deputatdan TƏKLİF

Hazırda oxunan: "Valideynlər uşaq sayına görə pensiyaya çıxsın" - Deputatdan TƏKLİF

242844

“"Əmək pensiyaları haqqında" Qanunda güzəştli şərtlərlə pensiya hüququ eyni zamanda keyfiyyət meyarları ilə təmin edilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

"Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir.

5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin" - deyə millət vəkili bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO