Müavinət və təqaüdlər artırılacaq - BU TARİXDƏ

Müavinət və təqaüdlər artırılacaq - BU TARİXDƏ

Hazırda oxunan: Müavinət və təqaüdlər artırılacaq - BU TARİXDƏ

242668

"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir".

Bizim.Media xəbər verir ki, bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:

"Üç ay müddət verilib. Artıq üç ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb, müavinətlər və təqaüdlərin də artırılması gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO