Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb.
Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:43 / 04.04.2025
Dərmanları yuxarı həddən baha satan “Zeytun” aptekləri CƏZALANDIRILDI – RƏSMİ
Hazırda oxunan: Dərmanları yuxarı həddən baha satan “Zeytun” aptekləri CƏZALANDIRILDI – RƏSMİ
Hazırda oxunan: Dərmanları yuxarı həddən baha satan “Zeytun” aptekləri CƏZALANDIRILDI – RƏSMİ
242432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.