Təqaüd yaşına çatmış məhkumların pensiyasını KİM ALIR? – Rəsmi AÇIQLAMA

Təqaüd yaşına çatmış məhkumların pensiyasını KİM ALIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Təqaüd yaşına çatmış məhkumların pensiyasını KİM ALIR? – Rəsmi AÇIQLAMA

242076

Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64-dür.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci il vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98,3 min pensiyaçı qeydiyyatda olub. Onların 64,3 faizi yaşa görə pensiya alanlardır.

Yaşa görə pensiya alanların içərisində törətdiyi cinayətə görə cəzaçəkmə müəssisələrində olanlar da var.  Lakin hazırda və ya ötən il ölkənin bütün cəzaçəkmə və istintaq təcridxanalarında olan ümumi və ya təqaüd yaşına çatmış məhkumların dəqiq sayı haqqında heç bir məlumat yoxdur.

Azərbaycanda "Əmək pensiyaları haqqında" Qanuna əsasən, cəzaçəkmə müəssisələrindəki məhkumlara, eləcə də müvəqqəti saxlanma təcridxanalarında saxlanan şəxslərə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə əmək pensiyası verilir.

Bəs pensiya yaşı çatandan sonra həbs olunan və ya həbs olunduqdan sonra pensiya hüququ yaranan məhkumların pensiya almaq hüququ özündə qalır, yoxsa üçüncü şəxsə yönləndirilir?

Həbs olunduqdan sonra pensiya hüququ yaranan məhkumlara pensiya necə təyin olunur

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı olmadığı halda tam şəkildə ödənilir:

“Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Eyni zamanda əmək pensiyaları etibarnamə üzrə də ödənilə bilər”.

Qeyd edilib ki, məhkumların əmək pensiyası məsələsinə qanunvericiliyin tələbinə uyğun olaraq baxılır:

“Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin əmək pensiyasının təyin olunması üçün müraciətlərinə qanunuvericiliyə əsasən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, cəzaçəkmə müddəti, cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix, cəza çəkilmə yeri, məhkumun şəxsi hesabının nömrəsi, məhkumun yerdəyişmələri haqqında məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminə ötürülməsi əsasında baxılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO