Azərbaycanda \

Azərbaycanda \"Murovdağ\" adlı yeni kartof sortu yaradıldı

Hazırda oxunan: Azərbaycanda \"Murovdağ\" adlı yeni kartof sortu yaradıldı

24067

Azərbaycanda "Murovdağ" kartof sortunun yetişdirilməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

O bildirib ki, yeni ixtira olunan kartof sortuna Azərbaycan Ordusunun qələbəsi şərəfinə "Murovdağ" zirvəsinin adı verilib. Adıçəkilən kartof sortu məhsuldarlığı ilə seçilir:

"Bu sort digər kartof sortlarından fərqli olaraq oval formadadır. "Murovdağ" sortunun meyvəsi daha böyükdür.

Bu sort həm quraqlıq, həm də suvarma şəraitində becərilir. Dəmyə şəraitində hektara 25 ton, suvarma sahəsində əkiləndə isə 35-50 ton məhsul vermək gücünə malikdir".

E.Allahverdiyev qeyd edib ki, yeni kartof sortunın artıq dequstasiyası keçirilib: "Bu sortun hələlik istixana şəraitində əkilməsi nəzərdə tutulub. Artıq bu toxumun bir hissəsi Aqrar Xidmətlər Agentliyinə təqdim olunub". (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO