Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb

Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb

Hazırda oxunan: Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb

239731

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 904.49 milyon dollar olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, bu, ötən ilin müvafiq ayları ilə müqayisədə 1.7 milyard dollar çoxdur. İlin ilk iki ayında ixrac 4 milyard 766.7 milyon dollar, idxal isə 4 milyard 138.02 milyon dollar olub. 

Xarici ticarətin müsbət saldosu 628.46 milyon dollar olub. Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3.7 dəfə azdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO