Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası”nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirini (xəritəsini) təsdiq etməli, Dövlət Komitəsi ilə birlikdə mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində edilmiş dəyişikliklər nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması üçün sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğinə (bazis qiymətinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxmalı və zərurət yarandıqda hökumətə razılaşdırılmış təklif təqdim etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qərarla icarə haqqının məbləğinin müəyyən edilməsində tətbiq olunan zonalar və zona əmsalları müəyyən edilib:
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:14 / 17.03.2025
Xəzər dənizində yaradılan süni torpaq sahəsi necə icarəyə veriləcək? - QƏRAR
Hazırda oxunan: Xəzər dənizində yaradılan süni torpaq sahəsi necə icarəyə veriləcək? - QƏRAR
Hazırda oxunan: Xəzər dənizində yaradılan süni torpaq sahəsi necə icarəyə veriləcək? - QƏRAR
239706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.