Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası KEÇİRİLDİ

Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası KEÇİRİLDİ

Hazırda oxunan: Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası KEÇİRİLDİ

238817

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov martın 11-də İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Həmçinin Azərbaycan-İspaniya biznes forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.


S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez arasında keçirilmiş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO