Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli yaradıldığı vaxtdan 2024-cü il dekabrın 31-dək daşınmaz əmlak üzrə orta illik gəlirliliyi 2,9 %, ümumi qazancı isə 1 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunları və 2025-ci il perspektivlərinə həsr olunmuş media-brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Neft Fondunun daşınmaz əmlaka yatırdığı investisiyaların dəyəri 3,5 milyard ABŞ dolları, ümumi portfeldəki payı isə 5,9 %-dir.
“Ümumilikdə, investisiya portfelinin region və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinə uyğun aparılması planlaşdırılır”, - deyə o vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:13 / 06.03.2025
Neft Fondu daşınmaz əmlaka investisiyalardan 1 milyard dollar qazanıb
Hazırda oxunan: Neft Fondu daşınmaz əmlaka investisiyalardan 1 milyard dollar qazanıb
Hazırda oxunan: Neft Fondu daşınmaz əmlaka investisiyalardan 1 milyard dollar qazanıb
237951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.