Bu gün İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan energetika naziri Pərviz Şahbazov Türkiyəyə səfər edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pərviz Şahbazov qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə İğdır şəhərində görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Nəzərə çatdıraq ki, 2023-cü ilin sentyabrında İğdır-Naxçıvan qaz kəmərinin təməli Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bu gün hər iki dost və qardaş ölkənin prezidentləri tərəfindən boru kəmərinin istismara verilməsi mərasimi keçiriləcək.
Bizim.Media