Bu şəxslər də güzəştli ipoteka ilə mənzil alacaq? - SİYAHI

Bu şəxslər də güzəştli ipoteka ilə mənzil alacaq? - SİYAHI

Hazırda oxunan: Bu şəxslər də güzəştli ipoteka ilə mənzil alacaq? - SİYAHI

236136

İpoteka və Kredit Zəmanət Fondunun güzəştli kredit ala bilənlərlə bağlı siyahısı vaxtaşırı müzakirə edilir. Onun genişləndirilməsi və ya bir sıra peşə sahiblərinin çıxarılması istiqamətində təkliflər səsləndirilir. Məsələn, gənc vəkillər, həkimlər, veteranlara kredit verilmədiyi halda, elmi dərəcəsi olanlar, idmançılar, jurnalistlərin siyahıda olması haqsızlıq hesab olunur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunda güzəştlər konkret vətəndaşlara təklif olunub:
 

“Siyahıya nəzər salsaq, sosial baxımdan təminata ehtiyacı olanların yer aldığını görərik. Bir sıra hallarda hərbçilərimiz, dövlət qulluqçuları və sair şəxslər güzəştli ipoteka krediti hüququna malikdirlər. Təbii ki, müəllimlərin, jurnalistlərin, məcburi köçkünlərin də bundan istifadə haqları var. Burada sosial meyar əsas faktorlardan biridir. Fikrimcə, siyahının kiçildilməsi deyil, genişləndirilməsi daha yaxşı olardı”.


Deputat bu istiqamətdə təkliflərini də səsləndirib:

“Bura həkimlərin, çoxuşaqlı ailələrin əlavə edilməsini təklif edirik. Güzəştli ipoteka kreditindən istifadə imkanları nə qədər çox olarsa, bir o qədər çox vətəndaşımız mənzillə təmin oluna bilərlər. Ona görə də siyahıya yenidən baxılması məqsədəuyğun olardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO