Baş nazir iclas keçirdi, yaxın 10 il üçün neft-qaz hasilatı proqnozları müzakirə edildi - FOTO

Baş nazir iclas keçirdi, yaxın 10 il üçün neft-qaz hasilatı proqnozları müzakirə edildi - FOTO

Hazırda oxunan: Baş nazir iclas keçirdi, yaxın 10 il üçün neft-qaz hasilatı proqnozları müzakirə edildi - FOTO

235890

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz hasilatı sahəsində cari vəziyyət, əsas göstəricilər və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, 2035-ci ilədək hasilat proqnozları, Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri çərçivəsində işlənən və yeni yataqlar üzrə ehtiyat həcmləri, “Azneft” İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, neft-kimya məhsullarının istehsalı və ölkədaxili yanacaq tələbatı, SOCAR-ın ölkə xaricində həyata keçirdiyi layihələr, şirkətin maliyyə göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri (SOCAR-ın Müşahidə Şurasının sədri) Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov da çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri geniş müzakirələr aparıb.

İclasın yekununda İqtisadi Şuranın və AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO