Azərbaycan fəaliyyət göstərən elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb.
Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və digər maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüşdə “SWIFT”in reallaşdırdığı hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.
Görüşdə çıxış edən AMB-nin sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların AMB-nin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, lisenziya verdiyimiz elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.
Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:45 / 19.02.2025
Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa BAŞLADI
Hazırda oxunan: Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa BAŞLADI
Hazırda oxunan: Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa BAŞLADI
235548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.