2024-cü ildə Azərbaycandan 33 milyon 626 min ABŞ dolları dəyərində 2 milyard 138 milyon ədəd siqaret ixrac edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, siqaret ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsində 2.4 dəfə və ya 19 milyon 341 min ABŞ dolları, həcm ifadəsində isə 88.5% və ya 1 milyard 3 milyon ədəd artıb.
Hesabat dövründə ölkədə siqaret və siqar istehsalı 16 milyard 75 milyon ədəd təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycana Türkiyə ( 56.6 mln. ədəd) , Bolqarıstan ( 15.4 mln. ədəd) və Çindən ( 1.82 mln. ədəd) 1 milyon 355 min ABŞ dolları dəyərində 74 milyon ədəd siqaret idxal edilib.
Qeyd edək ki, 2024-cü ildə ümumi siqaret ixracının 84%-i (1.8 milyard ədədi) Gürcüstanın payına düşüb.
Aşağıdakı cədvəldə Azərbaycanın siqaret ixrac etdiyi ölkələrin siyahısı verilib:
Bizim.Media