Bakıda piyadaların rahat hərəkəti üçün XÜSUSİ PROQRAM hazırlanır

Bakıda piyadaların rahat hərəkəti üçün XÜSUSİ PROQRAM hazırlanır

Hazırda oxunan: Bakıda piyadaların rahat hərəkəti üçün XÜSUSİ PROQRAM hazırlanır

235142

"Bakı Şəhər İcra Hakimiyyətində səkilərin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır".

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər İcra Hakimiyyəti yayıb. 

Qeyd edilib ki, fiziki məhdudiyyətləri olan şəxslər, uşaq arabaları üçün müyəssər səkilər salınır, bəzi yerlərdə isə maneələr aradan qaldırılır:

"Həmçinin mümkün olan yerlərdə səkilərin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulub".

Xatırladaq ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. 
 

Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. 


Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO