Bananın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Bananın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Bananın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

235123

Ölkəmizdə əksər insanların sevimli meyvəsi olan banana tələbat böyükdür.

Nəzərə alaq ki, Azərbaycanın hazırda tamamilə idxaldan asılı olan banan bazarının miqyası həcmi baxımından 51-53 min ton, məbləğ baxımından isə 40-45 milyon dollar təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət!


2022-ci ildə ölkəyə ümumi dəyəri 37,3 milyon dollar olan 52 min ton, 2023-cü ildə ümumi dəyəri 36.6 milyon dollar olan 50,6 min ton, 2024-cü ilin 11 ayında isə ümumi dəyəri 44,3 milyon dollar olan 53,3 min ton banan idxal edilib. Ölkəmizə banan əsasən Ekvadordan gətirilir, bananın orta idxal qiyməti isə 0,72-0,83 dollar arasında dəyişir.

Maraqlıdır ki, ilk dəfə Azərbaycan bazarına yerli istehsal olan banan çıxarılacaq.  Zirə qəsəbəsindəki istixanada yerləşdirilən banan artıq bazara çıxarılıb. Alıcılar iri ticarət şəbəkələrində yerli banan ala bilərlər.

Bəs, yerli istehsal bananın hazırkı qiymətlərinə necə təsir edəcək?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o deyib ki, yerli istehsalın olması bütün hallarda təqdir edilməlidir:

“Təbii ki, yerli istehsalın həcmi artdıqca bazardakı qiymətlərə də öz təsirini göstərəcək. Təklif artdıqca yəqin ki, qiymətlər də ucuzlaşacaq.

Hazırda bananın bir kiloqramı pərakəndə satış məntəqələrində 2,5-3 manata təklif olunur. Bununla belə, yerli bananın bazara çıxan gündən qiymətlərin düşəcəyini düşünmürəm. Bunun üçün zaman və böyük istehsal həcmi lazımdır. Amma yerli məhsulun bazara çıxması ən azından qiymət artımının qarşısını alacaq. Bu da müsbət tendensiyadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO