Tikinti materialları ucuzlaşdı - VİDEO

Tikinti materialları ucuzlaşdı - VİDEO

Hazırda oxunan: Tikinti materialları ucuzlaşdı - VİDEO

235085

Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır. 

Bizim.Media Xəzər TV-yə xəbər verir ki, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb.
 

Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik ucuzlaşma var.


Tikinti sektorunda mövsümi ləngimə adi bir vəziyyət olsa da, sahibkarlar yaz aylarında fəaliyyətin artacağına və alıcılıq səviyyəsinin yüksələcəyinə ümid edirlər.

Gəncədəki tikinti materiallarının satış nöqtələrindən birində satıcılar deyirlər ki, digər rayonlarda olduğu kimi, Gəncə şəhərində də tikinti materiallarının satışında durğunluq müşahidə olunur. Ancaq onlar hesab edirlər ki, yaz aylarından etibarən aktivlik yenidən bərpa olunacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO