Azərbaycan ötən ay Avropaya 1 milyard kubmetr qaz ixrac edib - FOTO

Azərbaycan ötən ay Avropaya 1 milyard kubmetr qaz ixrac edib - FOTO

Hazırda oxunan: Azərbaycan ötən ay Avropaya 1 milyard kubmetr qaz ixrac edib - FOTO

234522

Bu ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub:

"Bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib".

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO