Lesoto Krallığının Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvanın Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana bu ölkələrdən quş əti idxal edilməyəcək - SƏBƏB
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesoto Krallığından, Vyetnam və Litva respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media