Azərbaycan Tatarıstanla enerji əməkdaşlığını müzakirə etdi - FOTO

Azərbaycan Tatarıstanla enerji əməkdaşlığını müzakirə etdi - FOTO

Hazırda oxunan: Azərbaycan Tatarıstanla enerji əməkdaşlığını müzakirə etdi - FOTO

233278

Azərbaycan və Rusiyanın Tatarıstan Respublikası arasında enerji əməkdaşlığı müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müzakirələr nazir Pərviz Şahbazovun Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.

Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
 

Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.


Həmçinin Azərbaycan tərəfi bu ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO