Kartlarla ölkəxarici əməliyyatların həcmi 3.3 milyard manatı ötüb

Kartlarla ölkəxarici əməliyyatların həcmi 3.3 milyard manatı ötüb

Hazırda oxunan: Kartlarla ölkəxarici əməliyyatların həcmi 3.3 milyard manatı ötüb

233204

Ötən il Azərbaycanda dövriyyədə olan debet və kredit kartları ilə aparılan ölkəxarici əməliyyatların həcmi 3 milyard 303 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.

Aparılan hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.9% və ya 92 milyon manat artıb.

2024-cü ildə kartlarla ölkəxarici əməliyyatların 3 milyard 141 milyon manatı (5%-i) nağdsız ödənişlərin, 161 milyon manatı isə nağd pulun çıxarılması ilə bağlı olub.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə ölkəxarici əməliyyatların həcmi 2 milyard 971 milyon manat, kredit kartları ilə bu əməliyyatların həcmi isə 332 milyon manat olub.

Xatırladaq ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub. Bu kartlarla ölkədaxili əməliyyatların həcmi isə 122 milyard 892 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO