Prezident İlham Əliyev “İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.
Qeyd edək ki, İqtisadi Şura Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi ilə yaradılıb.
Xatırladaq ki, Samir Şərifov yanvarın 10-də maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:52 / 27.01.2025
SON DƏQİQƏ: Samir Şərifovla bağlı YENİ FƏRMAN
Hazırda oxunan: SON DƏQİQƏ: Samir Şərifovla bağlı YENİ FƏRMAN
Hazırda oxunan: SON DƏQİQƏ: Samir Şərifovla bağlı YENİ FƏRMAN
231972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.