Bakı metrosunda YOXLAMA: Zərər üçün ayrılan pullar hara xərclənib?

Bakı metrosunda YOXLAMA: Zərər üçün ayrılan pullar hara xərclənib?

Hazırda oxunan: Bakı metrosunda YOXLAMA: Zərər üçün ayrılan pullar hara xərclənib?

231576

Xəbər verdiyimiz kimi Hesablama Palatası "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə palata məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosu sərnişindaşımanın maya dəyərini süni şəkildə ARTIRIB – RƏSMİ


Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib.

Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib.

Dövlәt büdcәsindәn bu istiqamәtdә ayrılan subsidiyanın mahiyyәtinin qiymәti tәnzimlәnәn metropolitenlә sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasından ibarәt olması nәzәrә alınmayaraq әmәkhaqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirilmәsi 2022-ci ildә әsas fәaliyyәt üzrә gәlirlәrin xәrclәri 13527,1 min manat üstәlәmәsi şәraitindә müvafiq vәsaitin investisiya xәrclәrinә (әsaslı tәmir, tikinti vә s.) yönәldilmәsi maliyyә inzibatçılığında ziddiyyәtli qәrarlara sәbәb olub.
 

Sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.


Palata müәyyәn olunmuş nöqsanlarla bağlı metroya bir sıra tövsiyyələr verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO