Paytaxt bazarlarında kənd yumurtasın artıq 40-50 qəpikdən təklif olunur.
Alıcılar deyirlər ki, son günlər həm kənd, həm də broyler toyuğu yumurtasının qiymətində artım müşahidə olunur.
Satıcıların isə yumurtanın bahalaşması ilə bağlı yayılan münasibətləri birmənalı deyil.
Onlar deyirlər ki, bir həftə əvvəl bazarlarda yumurta qıtlığı müşahidə olunduğundan qiymətlərdə artım olub. Hazırda isə məhsul bol olduğundan qiymətlər stabildir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli "Xəzər xəbər"ə açıqlamasında yumurtanın qiymətində artım proqnozlaşdırılmadığını deyib.
İqtisadçı Xalid Kərimli isə deyir ki, Azərbaycan yumurta tələbatını daxili istehsal hesabına tam olaraq özü ödəyə bilir.
Ekspert hesab edir ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır. Kənd yumurtasının qiymət artımına gəlincə, ekspert bunu yem və daşıma xərclərinin artması ilə əlaqələndirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 19.01.2025
Kənd yumurtasının qiyməti 50 qəpik olub? - VİDEO
Hazırda oxunan: Kənd yumurtasının qiyməti 50 qəpik olub? - VİDEO
Hazırda oxunan: Kənd yumurtasının qiyməti 50 qəpik olub? - VİDEO
230696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.