Yumurta BAHALAŞACAQ?

Yumurta BAHALAŞACAQ?

Hazırda oxunan: Yumurta BAHALAŞACAQ?

230445

Dünyada yumurtanın qiyməti durmadan artır. Məsələn, təkcə ABŞ-də yumurtanın qiyməti son altı ayda 35% artıb. Beləki, may ayında onikilik yumurta paketinin qiyməti orta hesabla 2,7 dollar, noyabrda isə artıq 3,65 dollar olub. Qiymətlərin bu cür kəskin bahalaşmasına səbəb quş qripinin yayılması olub.

Azərbaycanda yumurta qiymətləri ilə bağlı vəziyyət necədir?
 

MÖVZU İLƏ BAĞLI:

"Kənd yumurtası" adı altında broyler yumurtalarının satıldığı iddiaları doğrudur? - VİDEO


Təqdir ediləsi haldır ki, ölkəmizdə yumurtanın qiyməti artıq neçə illərdir ki, sabit qalıb. Bu da hökumətin apardığı məqsədyönlü siyasətinin nəticəsidir. Çünki quş yemi artıq neçə ildir ki, ƏDV-dən azaddır. Bundan başqa quşçuluq sənayesində istifadə olunan bir sıra mal və materiallara da dövlət güzəşt tətbiq edir. Məhz bunun nəticəsidir ki, ölkəmizin yumurtaya olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir.

Eyni zamanda, istehsalın həcmi ilbəil genişlənir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə yumurta istehsalının həcmi 4,8% artaraq 2 milyarda 97,7 milyon ədəd olub. Bundan əlavə, Azərbaycanda bu ilin 11 ayı ərzində yumurta istehsalı son 11 ilin maksimumuna çatıb.

Bəs, dünyada yumurtanın artan qiyməti Azərbaycan bazarına necə təsir edəcək?

Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Bizim.Media-ya bildirib ki, hazırda narahatlığa əsas yoxdur:

“Ölkəmizin hazırkı gündəlik yumurta təlabatı 4 milyon ədədə yaxındır. Ümumi istehsalımız isə gündə 6 milyon ədədə yaxınlaşıb. Hazırda marketlərdə yumurtanın  bir ədədi 8-9, fabriklərdə isə 6-7 qəpikdir. Təkcə regionda yox, demək olar ki, dünyada ən ucuz yumurta Azərbaycanda satılır.

Bununla belə yaxın gələcəkdə yumurtanın bahalaşmasına heç bir səbəb yoxdur. Çünki Ölkə başçısının göstərişinə əsasən quş yemləri ƏDV-dən azaddır. Ona görə də yemi fabriklər xeyli ucuz qiymətə alır. Bu da məhsulun maya dəyərinə əsaslı şəkildə təsir edir”.

Bəs, xaricdəki qiymət artımı yumurta ixracına əlavə stimul verəcəkmi?

Müsahibimiz bildirib ki, 2024-cü ilin 10 ayı ərzində 74 milyon ədəd süfrə, 4 milyon ədədə yaxın damazlıq yumurta ixrac etmişik:

“2025-ci ilin yanvar ayının 15 günündə isə 3 milyon ədəd damazlıq, hər gün isə 1 milyondan artıq süfrə yumurtası ixrac etmişik. Hesab hedirəm ki, yaxın gələcəkdə ixracımızın həcmi daha da artacaq. Amma bunun  yerli bazarlardakı bolluğa heç bir mənfi təsiri olmayacaq. Hər hansı qiymət artımından isə söhbət gedə bilməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO